...

İsrail hava məkanını bağladı

Dünya xəbərləri Materials 28 Fevral 2026 10:59 (UTC +04:00)
İsrail hava məkanını bağladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrana qarşı hava əməliyyatının başlanılması fonunda İsrail mülki aviasiya uçuşları üçün ölkənin hava məkanını tam bağlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Nəqliyyat Nazirliyinin yaydığı bəyanatda deyilir.

“İctimaiyyətdən növbəti bildirişədək hava limanlarına gəlməmələri xahiş olunur. Hazırda ölkə xaricində olan sərnişinlərdən hava məkanı yenidən açıldıqdan sonra uçuş cədvəlləri ilə bağlı məlumatları media vasitəsilə və aviaşirkətləri üzərindən izləmələri xahiş edilir”, - bəyanatda qeyd edilir.

Bəyanatda əlavə olunur ki, xaricdə olan İsrail vətəndaşlarına “Milli Təhlükəsizlik Şurasının göstəriş və tövsiyələrinə əməl etmələri” tövsiyə edilir.

“Təhlükəsizlik vəziyyəti imkan verdiyi anda hava məkanı yenidən açılacaq və İsrailə gediş-gəliş uçuşları bərpa olunacaq. Uçuşların yenilənməsi barədə 24 saat əvvəl məlumat veriləcək”.

Qeyd edək ki, İsrail ərazisində hava həyəcan siqnalları səslənir. “Israel Defense Forces”nin Daxili Cəbhə Komandanlığı mülki əhaliyə bomba sığınacaqlarına yaxın qalmaq barədə xəbərdarlıq edib.

Məlumatda bildirilir ki, “təhlükəsizlik vəziyyəti ilə əlaqədar” vətəndaşlar özlərinə ən yaxın qoruyucu sığınacağın yerini dəqiqləşdirməli və zəruri olmayan səfərlərdən çəkinməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti