...

Rəcəb Tayyib Ərdoğan İrana qarşı hücumları və eskalasiyanı pislədi

Dünya xəbərləri Materials 28 Fevral 2026 22:27 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan İrana qarşı hücumları və eskalasiyanı pislədi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəcəb Tayyib Ərdoğan İsrail və ABŞ-ın İrana hücumlarını pisləyərək, eyni zamanda İslam Respublikasının bölgədəki hədəflərə qarşı atəş açmasını qəbuledilməz adlandırıb.

Trend xəbər verir ki, bunu Ərdoğan İstanbulda çıxışı zamanı bildirib.

Prezident çıxışında vurğulayıb: “İranın suverenliyini açıq şəkildə pozan və dost, qardaş İran xalqının dincliyini təhdid edən bugünkü hücumları qınayırıq. İsrailin təxribatları ilə başlayan ABŞ-İsrail hücumlarından dərin kədər və narahatlıq duyuruq. Uzun müddətdir ki, fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək üçün böyük səylər göstərmişik, digər dövlətlər də bu istiqamətdə əlindən gələni ediblər.

Ərdoğan əlavə edib ki, “Türkiyə İranın Fars körfəzindəki qardaş ölkələrə raket və pilotsuz təyyarə hücumlarını, səbəblərindən asılı olmayaraq, qəbuledilməz hesab edir”.

O, həmçinin qeyd edib ki, İran ətrafındakı gərginlik fonunda Türkiyə sərhədlərinin və hava məkanının təhlükəsizliyini təmin etməkdə heç bir çətinlik yaşamır və diplomatik təşəbbüsləri gücləndirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti