Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyiin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Nəvai kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılıb qalması barədə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətiin Hacıqabul Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində aparılan qiymətləndirməyə görə, “FORD” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir səddə çırpılıb və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılıb qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vətəndaş Nuriyev Murad Yasəf oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
