Bakı. Trend:
Antonio Quterreş Yaxın Şərqdə baş verən hərbi eskalasiyanı qınayaraq bunun beynəlxalq sülhə və sabitliyə xələl gətirdiyini bildirib.
Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: “Yaxın Şərqdə bu gün baş verən hərbi eskalasiyanı pisləyirəm. ABŞ və İsrailin İrana qarşı güc tətbiq etməsi və İranın regionda sonrakı reaksiyası beynəlxalq sülhü və sabitliyi sarsıdır”.
