...

Səudiyyə Ərəbistanının hava yolları bəzi reyslərini ləğv etdi

Dünya xəbərləri Materials 28 Fevral 2026 19:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının “Saudiya”, “Flynas” və “Flyadeal” şirkətləri bəzi uçuşlarını ləğv edib.

Trend xəbər verir ki, daşıyıcılar reyslərin ləğvi ilə bağlı qərarların aviasiya təhlükəsizliyi və mühafizə standartlarının tətbiqi çərçivəsində qəbul olunduğunu bildiriblər.

“Saudiya” hava yolları Əbu-Dabi, Dubay, Doha, Bəhreyn, Moskva və Pişəvər şəhərlərinə və əks istiqamətdə olan uçuşların martın 2-si saat 23:59-dək təxirə salındığını açıqlayıb.

Sərnişinlərdən hava limanlarına yollanmadan əvvəl reyslərinin hazırkı vəziyyətini yoxlamaları xahiş olunur. Vurğulanır ki, uçuşlarla bağlı yeniliklər rezervasiyalarla əlaqəli kommunikasiya vasitələri ilə sərnişinlərə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti