...

Raket həyəcanı Səudiyyə Ərəbistanına da çatdı

Dünya xəbərləri Materials 28 Fevral 2026 14:09 (UTC +04:00)
Raket həyəcanı Səudiyyə Ərəbistanına da çatdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran-İsrail münaqişəsinin gərginləşməsi fonunda ballistik raket həyəcanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada da çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

AFP agentliyinin məlumatına görə, hazırda Ər-Riyad güclü partlayış sədalarına bürünüb. Partlayışın təfərrüatları barədə məlumat verilmir.

Bundan əvvəl Qətərın paytaxtı Dohada “Patriot” zenit-raket kompleksi ilə bir ballistik raketin zərərsizləşdirildiyi barədə xəbər yayılmışdı.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən və havadan zərbələri endirməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti