...

İsrail İranın strateji müdafiə sisteminə kütləvi zərbə endirildiyini açıqladı

Dünya xəbərləri Materials 28 Fevral 2026 18:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (İDF) İranın strateji müdafiə sisteminə kütləvi zərbə endirildiyini bildirib.

Trend xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, kəşfiyyat məlumatlarına əsasən hərəkət edən İDF İran rejiminə məxsus strateji müdafiə sisteminə qarşı genişmiqyaslı hücum təşkil edib.

Məlumata görə, zərbələrdən biri İranın qərbində yerləşən Kermanşah bölgəsindəki qabaqcıl SA-65 hava hücumundan müdafiə sistemini hədəf alıb.

Xəbər lenti

Xəbər lenti