...

İrana hücumların məqsədi ölkənin ərazi bütövlüyünə zərbə vurmaqdır – İnformasiya Şurası

Dünya xəbərləri Materials 28 Fevral 2026 14:56 (UTC +04:00)
İrana hücumların məqsədi ölkənin ərazi bütövlüyünə zərbə vurmaqdır – İnformasiya Şurası
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail və ABŞ-nin İrana hərbi hava hücumlarının məqsədi ölkənin ərazi bütövlüyünə zərbə vurmaqdır.

Trend-in məlumatına görə, bu, İran Hökumətinin İnformasiya Şurasının məlumatında öz əksini tapıb.

Məlumata görə, İran və ABŞ arasında müzakirələrin getdiyi bir vaxtda bir daha İrana hücum İranın suverenliyinin hədəf alındığını göstərir.

“İran hökuməti, bütün nazirliklər, bütün aidiyyəti qurumlar öz işlərini həyata keçirməkdədir. Hökumət təhlükəli şəraiti anlayaraq uzun müddət öncədən lazımi tədbirləri görüb və vətəndaşlar heç bir çatışmazlığın olmasına görə narahat olmasınlar. Zəruri məhsullar, yanacaq və dərman preparatları yetərincə ölkədə mövcuddur. Səhiyyə mərkəzləri, apteklər, banklar öz fəaliyyətlərini davam etdirirlər.

Vətəndaşların başqa şəhərlərə səfər etmələri üçün lazımi tədbirlər görülüb və vətəndaşlar təmkinli və səbirli olmağa dəvət olunur”, - məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, İran öz ərazisinin müdafiəsini davam etdirəcək və hökumət tam gücü ilə Silahlı Qüvvələrin yanındadır.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti