...

Romada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma kampaniyası keçirilir (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2026 16:16 (UTC +04:00)
Romada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma kampaniyası keçirilir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Xocalıya ədalət!” (“Justice for Khojaly!”) beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İtaliya-Azərbaycan Birliyinin təşkilatçılığı ilə İtaliyada maarifləndirici tədbirlər davam etdirilir.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Xocalı soyqırımı haqqında məlumatların İtaliya ictimaiyyətə daha geniş şəkildə çatdırılması, yerli əhalinin, eləcə də turistlərin diqqətinin bu faciəyə cəlb olunması məqsədilə İtaliyanın paytaxtı Romada məlumatlandırma kampaniyası keçirilir.

Kampaniya çərçivəsində insan axınının intensiv olduğu əsas ictimai məkanlarda – metro stansiyalarındakı və avtobus dayanacaqlarındakı monitorlarda 7 gün müddətində Xocalı soyqırımı ilə bağlı videoçarxlar, həmçinin məlumat lövhələri nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti