Bakı. Trend:
Bu ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən buraxılmış American Express kartlarından (habelə statistik vahidin ödəniş kartlarından) istifadə olunmaqla həyata keçirilən əməliyyatların sayı 6,1 min təşkil edib, tranzaksiyaların həcmi isə 600 min manatdan çox olub.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə American Express kartları ilə aparılan əməliyyatların sayı 2 min və ya 24,7 faiz azalıb, əməliyyatların həcmi isə 300 min manatdan çox və ya 33,3 faiz azalma nümayiş etdirib.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan tranzaksiyalardır.
