...

İranda məktəbdə ölənlərin sayı artıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 28 Fevral 2026 16:37 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail və ABŞ-nin hərbi hava hücumları fonunda İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda qız məktəbində ölənlərin sayı 51 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə İran Hökumətinin İnformasiya Şurası məlumat yayıb.

Məlumatda sivillərin yerləşdiyi məkanların vurulması qəbul edilməz hesab edilib və sərt şəkildə qınanılıb.

xxx

15:55

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda qız ibtidai məktəbinə düşən raket nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Minab rayonu qubernatoru Məhəmməd Radmehr yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində yaralıların sayı 48 nəfərdir.

xxx

15:32

İsrailin İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda qız ibtidai məktəbinə hücumu nəticəsində 36 nəfər ölüb, 60-ı isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İran KİV-ləri məlumat yayıb.

xxx

15:05

İsrailin İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda qız ibtidai məktəbinə hücumu nəticəsində 24 şagird ölüb, 60 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Hörmüzqan vilayətinin valisinin müavini Əhməd Nəfisi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, səhər saatlarında məktəbdə 170 şagird olub.

Nəfisi qeyd edib ki, hazırda məktəbdə şagirdlərə yardım və xilasetmə əməliyyatı davam etdirilir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti