...

Tehran özünü müdafiə etməyə davam edəcək – Əraqçi

Dünya xəbərləri Materials 28 Fevral 2026 14:41 (UTC +04:00)
Tehran özünü müdafiə etməyə davam edəcək – Əraqçi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Tehran özünü müdafiə etməyə davam edəcək.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İraq xarici işlər naziri Fuad Hüseynlə telefon söhbəti zamanı deyib.

Telefon söhbətində İran və İraq rəsmiləri regiondakı son hərbi hadisələri haqda fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti