...

Bankların daha çox üstünlük verdiyi sahibkarlar - Biznes kreditlərinin bölgüsü

İqtisadiyyat Materials 28 Fevral 2026 15:00 (UTC +04:00)
Bankların daha çox üstünlük verdiyi sahibkarlar - Biznes kreditlərinin bölgüsü
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycanda bankların kredit portfelinin strukturunda biznes kreditlәri 53,2% (15,949 milyard manat) paya malik olub.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 157,4 milyon manat və ya 1% az, ötən ilin eyni dövrünə nisbətən isə 1,2 milyard manat və yaxud 8,4% çoxdur.

Hesabat dövründə biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,347 milyard manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən 203,2 milyon manat və ya 2,4% azalma, ötən ilin eyni dövrünə nisbətən isə 91,3 milyon manat və ya 1,1% artım deməkdir.

Eyni zamanda bu ilin fevralın 1-nə ölkədə orta sahibkarlıq subyektlərinə 2,246 milyard manat kredit verilib. Bu, bir ay əvvələ nisbətən 43,4 milyon manat və ya 1,9% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 380,2 milyon manat və ya 20,4% çoxdur.

Həmçinin 2026-cı ilin fevralın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,695 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 11,7 milyon manat və ya 0,7% azalma, illik müqayisədə isə 154,9 milyon manat və ya 10,1% artım deməkdir.

Bundan başqa, bu ilin fevralın 1-nə ölkədə mikro sahibkarlıq subyektlərinə 3,661 milyard manat biznes kreditləri verilib. Bu isə əvvəlki ayla müqayisədə 101 milyon manat və ya 2,8%, illik müqayisədə isə 612,6 milyon manat və yaxud da 20,1% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin fevralın 1-nə Azərbaycanda bankların kredit portfeli 29,980 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2% (15,949 milyard manat), istehlak kreditlәri 31,4% (9,426 milyard manat) vә ipoteka kreditlәri 15,4% (4,605 milyard manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti