Bakı. Trend:
Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"ın rəqibi "Liverpul"un gənc futbolçusu komandadan ayrılıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, İngiltərə klubunun 19 yaşlı cinah oyunçusu Trent Kone-Doherti Norveç təmsilçisi "Molde"yə transfer olunub. Klub gənc futbolçu ilə 2029-cu il dekabrına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "The Times"ın yaydığı məlumata görə, "Molde" bu transfer üçün "Liverpul"a 750 min avro təzminat ödəyəcək.
