...

İran ordusu 12 PUA-nın vurulduğunu elan etdi

Dünya xəbərləri Materials 28 Fevral 2026 21:24 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən bir neçə saat ərzində İran ərazisində İsrail və ABŞ-yə məxsus 12 PUA vurulub.

Trend-in məlumatına görə, bu barədə İran ordusunun ictimaiyyətlə əlaqədar departamenti məlumat yayıb.

Məlumata görə, ölkənin müxtəlif məkanlarında vurulan PUA-lar döyüş və kəşfiyyat aparatları olub və İranın Havadan Müdafiə Qərargahı tərəfindən vurulub.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti