Bakı. Trend:
Boliviyanın Hərbi Hava Qüvvələrinə məxsus "C-130 Hercules" təyyarəsi El Alto şəhərində eniş zamanı uçuş-enmə zolağından çıxaraq yolda hərəkət edən avtomobillərlə toqquşub, nəticədə ən azı 22 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə ölkənin polis komandiri Mirko Sokol məlumat verib.
O bildirib ki, həlak olanlar arasında 12 kişi, 6 qadın və 4 azyaşlı var və yalnız 9 nəfərin şəxsiyyəti müəyyən edilib.
Sokol həmçinin qeyd edib ki, ən azı 39 nəfər xəstəxanalara çatdırılıb.
Hadisə zamanı təyyarədə ölkənin mərkəzi bankı üçün çoxlu sayda yeni əskinaslar da olub. Hadisə yerində polislə təyyarədən düşmüş əskinasları götürməyə çalışan insanlar arasında toqquşmalar da baş verib.
