...

Pakistan - Əfqanıstan toqquşmalarında 352 əfqan hərbçi həlak oldu

Dünya xəbərləri Materials 1 Mart 2026 00:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın Pakistan qüvvələri ilə toqquşmalarında həlak olan hərbi qulluqçularının sayı azı 352 nəfərə çatıb, 535-dən çox şəxs yaralanıb.

Trend xəbər verir ki, bu barədə Əttaulla Tarar “X” sosial şəbəkəsində açıqlama verib.

Onun sözlərinə görə, qonşu ölkə ərazisində 41 obyektə hava zərbələri endirilib. Pakistan ordusu 130 əfqan məntəqəsini məhv edib, daha 26-sını nəzarətə götürüb. Bundan əlavə, Pakistan Silahlı Qüvvələrinin “Taliban”ın 171-dən çox zirehli texnikasını vurduğu bildirilir.

Bundan əvvəl toqquşmalarda 331 əfqan hərbçinin həlak olduğu açıqlanmışdı.

Fevralın 26-da axşam saatlarında Pakistan–Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabul Pakistanın son hava zərbələrinə cavab olaraq hərbi əməliyyat keçirdiyini bəyan edib. Xavaca Asif isə ölkəsi ilə Əfqanıstandakı “Taliban” hökumətinin açıq silahlı qarşıdurma vəziyyətində olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti