Bakı. Trend:
Antonio Quterreş mövcud hərbi eskalasiyanı “beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid” kimi qiymətləndirib.
Trend xəbər verir ki, Quterreş hərbi əməliyyatların dünyanın ən qeyri-sabit bölgələrindən birində nəzarətsiz hadisələrə səbəb ola biləcəyini və vəziyyətin “çox dəyişkən” olduğunu vurğulayıb.
BMT-nin baş katibi həmçinin Əli Xameneinin ölüm xəbərlərini təsdiqləyə bilmədiyini, çoxsaylı təsdiqlənməmiş məlumatların mövcud olduğunu bildirib.
Quterreş hücumların xeyli sayda mülki şəxsin ölümünə səbəb olduğunu qeyd edib. İran mediasının məlumatına görə, Hörmüzqan əyalətinin Minab şəhərindəki qızlar məktəbinə hava hücumu nəticəsində ən azı 85 nəfər həlak olub və çoxlu sayda insan yaralanıb. Həmçinin Tehrandakı bir məktəbə də zərbə endirilib və iki nəfər ölüb.
Baş katib əlavə edib ki, İranın İsrailə sonrakı hücumları nəticəsində 89 nəfər yaralanıb.
