...

Donald Tramp Əli Xamenei və digər İran liderlərinin öldürüldüyünü iddia etdi

Dünya xəbərləri Materials 1 Mart 2026 02:04 (UTC +04:00)
Donald Tramp Əli Xamenei və digər İran liderlərinin öldürüldüyünü iddia etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Donald Tramp Ali Rəhbər Əli Xamenei və bir neçə digər İran liderinin İsrail ilə birgə həyata keçirilən əməliyyatda öldürüldüyünü bildirib.

Trend xəbər verir ki, Tramp bunu öz “Truth Social” səhifəsində paylaşım edərək açıqlayıb.

O, əməliyyatın kəşfiyyat və yüksək texnologiyalı müşahidə sistemlərindən istifadə edilərək həyata keçirildiyini iddia edib və SEPAH, İran ordusu və təhlükəsizlik qüvvələrinin bir çox üzvünün “artıq döyüşmək istəmədiyini və toxunulmazlıq axtardığını” bildirib.

Tramp həmçinin vurğulayıb ki, İrana qarşı kütləvi hava hücumları “bütün həftə və ya lazım olduğu müddətcə fasiləsiz” davam edəcək.

Xəbər lenti

Xəbər lenti