Bakı. Trend:
Kaya Kallas İrandakı vəziyyəti və Yaxın Şərqdə sürətlə inkişaf edən hadisələri müzakirə etmək üçün bazar günü videokonfrans vasitəsilə Avropa İttifaqının Xarici İşlər Şurasının fövqəladə iclasını çağıracağını bildirib.
Trend-in məlumatına görə, o, bu barədə "X" hesabında paylaşım edib.
Kallas qeyd edib ki, Fars körfəzi ölkələrindəki tərəfdaşları ilə əlaqə saxlayır.
“Müharibənin daha da yayılmaması çox vacibdir. İran rejiminin seçim etməli olduğu bir yer var”, – deyə o vurğulayıb.
