Bakı. Trend:
İranda bir çox şəxslərin bir-birləri ilə fikir ayrılığı var, lakin hamı ayıq-sayıq olmalıdır.
Trend-in məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu gün yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, fikir ayrılıqları kənara qoyulmalı və birlikdə irəliləmək lazımdır.
Laricani deyib ki, gələn günlərdə müəyyən problemlər yarana bilər, lakin sonradan aydın perspektiv olacaq.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
