...

Harri Keyn qol seriyasını yeddi oyuna çatdırdı

İdman Materials 1 Mart 2026 07:23 (UTC +04:00)
Harri Keyn qol seriyasını yeddi oyuna çatdırdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqanın 24-cü turunda “Borussiya Dortmund”a iki qol vuraraq qol seriyasını yeddi oyuna qədər artırıb.

Trend xəbər verir ki, Keyn bundan əvvəl “Ayntraxt Frankfurt”a (iki qol), “Verder Bremen”ə (iki qol), “Leypsiq” və “Hoffenhaym”a (iki qol), həmçinin “Hamburq” və PSV-yə qol vurmuşdu.

Bu mövsüm Harri Keyn klub və millidə 42 oyunda 50 qol vurub. Almaniya liqasında isə 24 oyunda 30 qol vurub.

Xəbər lenti

Xəbər lenti