...

BƏƏ-də Cəbəl Əli limanında yanğın baş verdi

Dünya xəbərləri Materials 1 Mart 2026 05:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cəbəl Əli limanının körpülərindən birində dağıntılar səbəbindən yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Açıqlamada deyilir: "Dubay hakimiyyəti hava hücumundan sonra yaranan qalıqların Cəbəl Əli limanının körpülərindən birində yanğına səbəb olduğunu təsdiqləyir. Dubay Mülki Müdafiə qrupları dərhal hadisə yerinə gəlib və yanğını tam söndürmək üçün səylərini davam etdirirlər. Xəsarət alan yoxdur".

Daha əvvəl İranın Dubay Beynəlxalq Hava Limanına hücumu nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilmişdi.

Xəbər lenti

Xəbər lenti