...

ABŞ dövlət katibi Rubio İsrail səfərini ləğv edir

Turizm Materials 1 Mart 2026 02:57 (UTC +04:00)
ABŞ dövlət katibi Rubio İsrail səfərini ləğv edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rubio mövcud vəziyyətlə əlaqədar olaraq, 2 martda planlaşdırılan İsrail səfərini ləğv edəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibinin Qlobal İşlər üzrə köməkçisi Dilan Conson özünün X hesabında məlumat verib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Xəbər lenti

Xəbər lenti