...

Bəhreyn Beynəlxalq Hava Limanına pilotsuz təyyarə hücumu edildi

Dünya xəbərləri Materials 1 Mart 2026 05:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bəhreyn Krallığının Daxili İşlər Nazirliyi hava limanına pilotsuz təyyarə hücumu edildiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin X sosial şəbəkə səhifəsində yayılan məlumatda deyilir: "Bəhreyn Beynəlxalq Hava Limanına pilotsuz təyyarə hücumu edilib, nəticədə maddi ziyan dəyib, lakin insan tələfatı olmayıb. Müvafiq orqanlar obyektin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür".

Xəbər lenti

Xəbər lenti