Bakı. Trend:
ABŞ və İsrailin hərbi təyyarələrinin İranda bir məktəbə endirdiyi zərbə nəticəsində 100-dən çox uşaq həlak olub və mülki şəxslər arasında ölənlərin sayı artmaqda davam edir.
Trend xəbər verir ki, bunu İslam Respublikasının dünya təşkilatındakı daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ və İsrailin İrana hücumları ilə əlaqədar çağırılan BMT Təhlükəsizlik Şurasının təcili iclasında bildirib.
“Çoxsaylı mülki yaşayış binaları ilə yanaşı, təcavüzkarlar Hormozgan əyalətinin Minab şəhərindəki bir məktəbə də hücum edərək 100-dən çox uşağın ölümünə səbəb olublar. Günahsız mülki itkilərin sayı artmaqda davam edir", - deyə İrəvani bildirib.
