...

SEPAH ABŞ-nin Küveytdəki bazasına hücum etdi

Dünya xəbərləri Materials 1 Mart 2026 03:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Küveytdəki dəniz bazasına raket hücumu ABŞ hərbçiləri arasında itkilərə səbəb olub.

Trend xəbər verir ki, bu barədə SEPAH-ın xüsusi bəyanatında bildirilib.

SEPAH-ın xüsusi bəyanatında deyilir: “Küveytdəki Amerika dəniz bazası dörd ballistik raketlə vurulub və 12 dron tərəfindən hücuma məruz qalıb”.

Sənəddə əlavə olunur ki, hücum “bazanın infrastrukturunu məhv edib və çox sayda ABŞ hərbçisinin ölümünə və ya yaralanmasına səbəb olub”.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Xəbər lenti

Xəbər lenti