...

İranın Ali Lideri Əli Xamenei vəfat etdi

Dünya xəbərləri Materials 1 Mart 2026 05:47 (UTC +04:00)
İranın Ali Lideri Əli Xamenei vəfat etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Ali Lideri Əli Xamenei vəfat edib.

Trend xəbər verir ki, bu məlumat İslam Respublikasının dövlət televiziyası tərəfindən təsdiqlənib.

Dövlət televiziyasının "Telegram" kanalında yayılan bəyanatda deyilir: "İranın Ali Lideri Əli Xamenei şəhid edilib".

Məlumata görə, Xameneinin ölümü evində işdə olduğu vaxt baş verib. Hadisə şənbə günü səhər tezdən, ABŞ-İsrail hücumları başlayanda baş verib.

Xameneinin vəfatı ilə əlaqədar ölkədə 40 günlük matəm və 7 gün milli matəm elan edilib.

Daha əvvəl İran mediası raket zərbələri nəticəsində Ali Liderin ailəsinin dörd üzvünün, o cümlədən qızının və nəvəsinin həlak olduğunu bildirmişdi.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

Xəbər lenti

Xəbər lenti