Bakı. Trend:
Boliviyanın El Alto şəhərində avtomobillərlə toqquşan Boliviya Hərbi Hava Qüvvələrinə məxsus "C-130 Hercules" təyyarəsinin qara qutusu hərbçilərə təqdim edilib.
Trend xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qara qutudakı məlumatların çıxarılması və təhlili ən azı bir neçə həftə çəkəcək.
Müdafiə naziri Raul Marselo Salinas əvvəlcə ölkədə bu işi görə biləcək mərkəzin olmadığını, buna görə qara qutunun başqa bir ölkəyə göndəriləcəyini bildirmişdi.
Fevralın 27-də El Alto hava limanına eniş edərkən naməlum səbəblərdən təyyarə aerodromdan sürüşərək nəqliyyat vasitələri ilə toqquşub. Hadisə nəticəsində ən azı 22 nəfər ölüb. Pis hava şəraiti faciənin mümkün səbəbi hesab olunur.
