Bakı. Trend:
Yaxın Şərqdəki gərginlik səbəbindən Londonun Qetvik aeroportunda həm gələn, həm də gedən reyslərdə qrafikdən kənaraçıxmalar müşahidə olunur.
Trend xəbər verir ki, vəziyyət tez-tez dəyişir və Yaxın Şərq regionu ölkələri hava məkanlarında müxtəlif məhdudiyyətlər tətbiq edir.
Bu səbəbdən uçuşlar həmin məhdudiyyətlərə uyğunlaşdırılır.
Oxşar vəziyyət digər Avropa hava limanlarında da müşahidə edilir.
