Bakı. Trend:
2025-ci ildə Fransa hüquq-mühafizə orqanları tərəfindən qeydə alınan fiziki zorakılıq halları ötən ilə nisbətən 5 faiz artıb.
Trend xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Fransa Daxili İşlər Nazirliyinin hesabatına görə, 2025-ci ildə 473 000 fiziki zorakılıq faktı qeydə alınıb və onların təxminən yarısı ailədaxili zorakılıqlardır. Ailədaxili zorakılıqların qurbanlarının 73 faizi qadınlardır.
