...

"Barselona"nın oyunçusu dünya futbol tarixində rekorda imza atdı

İdman Materials 1 Mart 2026 14:01 (UTC +04:00)
"Barselona"nın oyunçusu dünya futbol tarixində rekorda imza atdı

Bakı. Trend:

"Barselona”nın futbolçusu Lamin Yamal tarixdə 18 yaşında 100 qola çatan ilk futbolçu olub.

Trend xəbər verir ki, bu barədə “One Football” məlumat yayıb. "Barselona" sabiq futbolçusu Lionel Messi və "Real”ın keçmiş hücumçusu Kriştiano Ronaldo bunu 21 yaşında edə bilmişdi.

İspaniya liqasının 26-cı turunun "Vilyarreal"la(4:1) görüşündən sonra 18 yaşlı cinah oyunçusunun aktivində 49 qol və 52 məhsuldar ötürmə var.

Bu mərhələyə çatmaq üçün Yamal 166 oyun keçirib. Messi bu nailiyyəti 159, Ronaldo isə 236 oyunda əldə edib.

Xəbər lenti

Xəbər lenti