Bakı. Trend:
1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici
işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş
tutub.
XİN-dən Trend-ə bildirilib ki,
telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbi
eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub.
İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və
atılan addımlar barədə məlumat verib.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə
gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam
Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və
günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı
diləklərini çatdırıb.
Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud
vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun
olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid
ifadə olunub.
Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin
qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı
vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
