Bakı. Trend:
Serbiyanın Tehrandakı səfirliyi birbaşa hücuma məruz qalmayıb, lakin binaya düşən qəlpələr nəticəsində müəyyən ziyan dəyib.
Trend xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç açıqlayıb.
Onun sözlərinə görə, zərbələrdən biri Bəsic bazasına endirilib və partlayış nəticəsində yaranan qəlpələr Serbiya səfirliyinə zərər vurub. “İrandakı diplomatlarımıza gəldikdə isə, bu gün əməkdaşlarımız Azərbaycan istiqamətində təxliyə ediləcək”, – deyə Vuçiç bildirib.
Dövlət başçısı əlavə edib ki, Serbiyanın səfiri müvəqqəti olaraq Azərbaycana göndəriləcək, daha sonra isə Tehrana geri dönəcək.
