...

ABŞ-nin Küveytdəki səfirliyindən qara tüstü qalxır - KİV (FOTO)

Dünya xəbərləri Materials 2 Mart 2026 11:04 (UTC +04:00)
ABŞ-nin Küveytdəki səfirliyindən qara tüstü qalxır - KİV (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə İsrail-İran münaqişəsinin gərginləşməsi ilə əlaqədar yaşanan eskalasiyalar fonunda Küveytə ballistik raketlər atılır.

Trend “Times of Israel”ə istinadən xəbər verir ki, hazırda ABŞ-nin Küveyt şəhərində yerləşən səfirlik binasından qara tüstü qalxır.

"AFP" agentliyinin hadisə yerində olan müxbiri məlumatı təsdiqləsə də, səfirlik hələ ki, diplomatik missiyanın binasının vurulması ilə bağlı məlumatları nə inkar, nə də təkzib edir.

“Küveytdə ballistik raket və pilotsuz uçuş apartları hücumları ilə bağlı təhlükə qalmaqdadır. Səfirliyə gəlməyin”, - səfirliyin bəyanatında qeyd olunur.

Küveytin DİN rəhbəri xeyli saytda dronun zərərsizləşdirildiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti