...

Avrokomissar Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə danışıb (ÖZƏL)

Energetika Materials 2 Mart 2026 11:45 (UTC +04:00)
Avrokomissar Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə danışıb (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin genişləndirilməsi bazar qiymətləri və tələblə uyğunlaşdırılmalıdır.

Bunu Energetika və mənzil məsələləri üzrə Avropa Komissiarı Dan Yorgensen martın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.

İlk növbədə, birlikdə artıq nələrə nail olduğumuzu qeyd etmək vacibdir. Son illərdə biz Azərbaycan qazının Avropaya ixracını əhəmiyyətli dərəcədə artırmışıq — bu gün Avropa Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını satın alır. Bu, səmərəli enerji tərəfdaşlığının göstəricisidir.

Bu ilin yanvar ayında Trans-Adriatik Qaz Boru Kəmərinin ilk genişləndirilməsi həyata keçirildi - illik əlavə 1,2 milyard kubmetr həcmində. Bu isə 2026-cı ildə Avropa bazarına əlavə qaz tədarükləri anlamına gəlir. İqtisadi effekti də unutmaq olmaz: Cənub Qaz Dəhlizi istifadəyə verildiyi vaxtdan etibarən Azərbaycan iqtisadiyyatının inkişafında mühüm hərəkətverici qüvvəyə çevrilib. Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə kommersiya tədarüklərinin başlanmasından bəri 2024-cü ilədək İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixracı təxminən 24 milyard avro gəlir gətirib. Bu, real və hiss olunan artımdır”, - deyə o bildirib.

Yorgensen vurğulayıb ki, gələcəkdə əlavə genişləndirmələr bazar qiymətləri və tələblə uyğunlaşdırılmalıdır.

“Aİ artıq öz büdcəsi hesabına beynəlxalq qaz infrastrukturu layihələrini maliyyələşdirmir. Dəhlizin gələcək genişləndirilməsi kommersiya investisiyalarına əsaslanmalı və mümkün beynəlxalq maliyyə institutlarının maliyyələşdirilməsi ilə tamamlanmalıdır”, — deyə o əlavə edib.

Qeyd edək ki, TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir və bu göstəricinin 20 milyard kubmetrə qədər artırılması imkanı mövcuddur. 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün 2027-ci ilə qədər iki dəfə artırılmasına dair memorandum imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti