...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib (FOTO)

Siyasət Materials 2 Mart 2026 09:58 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Trend xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim olunan tamaşanın nümayişində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəyli, səs dizaynı isə Konstantin Soldatov və Platon Soldatovdır.

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, Rasim Cəgər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov və Mehriban Hüseynova çıxış ediblər.

Sonda Leyla Əliyeva tamaşanın yaradıcı heyəti ilə görüşüb.

Qeyd edək ki, “Neft bumu hamıya gülümsəyir” festivalı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin layihəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti