Bakı. Trend:
Martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gündüz
havanın yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman
olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcədən 3°-dək, gündüz 6 dərəcədən
10°-dək olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə
sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65 %
olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gecə və səhər bəzi şərq şərq rayonlarında arabir yağıntılı
olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə
zəif duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcədən 5°-dək, gündüz 9 dərəcədən
14°-dək, dağlarda gecə -3 dərəcədən -8°-dək şaxta, yüksək dağlıq
ərazilərdə -10 dərəcədən -15°-dək şaxta, gündüz 0 dərəcədən -5°-dək
şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı
ehtimalı var.
