...

Sənaye sektoru üzrə biznes kredit portfeli böyüyüb

İqtisadiyyat Materials 2 Mart 2026 13:35 (UTC +04:00)
Sənaye sektoru üzrə biznes kredit portfeli böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevralın 1-nə Azərbaycan banklarının sənaye sektoru üzrə biznes kredit portfeli 2,731 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 49,3 milyon manat və ya 1,8% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 19,9 milyon manat 0,7% artıb.

Belə ki, sənaye sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin yanvarın 1-nə 2,780 miyard manat, ötən ilin fevralın 1-nə isə 2,711 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2026-cı ilin fevralın 1-nə Azərbaycanda bankların kredit portfeli 29,980 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,2% (15,949 milyard manat), istehlak kreditlәri 31,4% (9,426 milyard manat) vә ipoteka kreditlәri 15,4% (4,605 milyard manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti