...

İrandan Azərbaycana 192 nəfər təxliyə edilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 1 Mart 2026 22:20 (UTC +04:00)
İrandan Azərbaycana 192 nəfər təxliyə edilib (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

Trend xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart saat 22:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 192 nəfər təxliyə olunub.

Təxliyə edilənlər arasında 82 nəfər Azərbaycan, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı və 18 nəfər Çin vətəndaşı var. Bundan əlavə, 6 nəfər BƏƏ, 17 nəfər Tacikistan, 4 nəfər İordaniya, hərəyə 3 nəfər Qətər və Banqladeş vətəndaşı təxliyə olunub. Siyahıda həmçinin 2 nəfər Filippin və 2 nəfər Nepal vətəndaşı yer alır. Türkiyə, İtaliya, Pakistan, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan isə hər ölkə üzrə 1 nəfər təxliyə edilib.

21:54

xxx

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

Trend xəbər verir ki, təxliyə üçün bütün şərait təmin olunub və proses davam edir.

Məlumata əsasən, 28 fevral saat 08:00-dan 1 mart saat 16:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 123 nəfər təxliyə olunub.

Təxliyə edilənlər arasında 54 nəfər Azərbaycan, 18 nəfər Səudiyyə Ərəbistanı və 18 nəfər Çin vətəndaşı var. Bundan əlavə, 6 nəfər BƏƏ, 5 nəfər Tacikistan, 4 nəfər İordaniya, hərəyə 3 nəfər Qətər və Banqladeş vətəndaşı təxliyə olunub. Siyahıda həmçinin 2 nəfər Filippin və 2 nəfər Nepal vətəndaşı yer alır. İtaliya, Pakistan, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan isə hər ölkə üzrə 1 nəfər təxliyə edilib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti