...

Böyük Britaniya İranla sərhəd ölkələr üzrə səyahət xəbərdarlığını yeniləyib

Siyasət Materials 2 Mart 2026 01:40 (UTC +04:00)
Böyük Britaniya İranla sərhəd ölkələr üzrə səyahət xəbərdarlığını yeniləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bölgədə müşahidə olunan davamlı gərginliklə əlaqədar İranla sərhədi olan ölkələrə səfərlə bağlı tövsiyələrini yenidən nəzərdən keçirib.

Trend-in məlumatına əsasən, yenilənmiş xəbərdarlıqlar Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyəni əhatə edir.

Nazirliyin dərc etdiyi məlumatda qeyd edilib ki, İranın qonşu dövlətlərlə sərhədlərində xarici vətəndaşlar üçün müəyyən məhdudiyyətlər tətbiq oluna, həmçinin sərhəd-keçid məntəqələri qısa müddət ərzində bağlana bilər.

İranda olan və ölkəni quru yolu ilə tərk etməyi düşünən şəxslərə sərhədə yollanmadan öncə gedəcəkləri ölkənin aktual səyahət tövsiyələrini, o cümlədən viza tələblərini dəqiqləşdirmək məsləhət görülür.

Bildirilib ki, səyahət tövsiyələri Böyük Britaniya vətəndaşları üçün risklərin qiymətləndirilməsinə uyğun olaraq mütəmadi şəkildə yenilənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti