Bakı. Trend:
İsrail ordusu Tehranda İran komandirlərinin yerləşdiyi güman edilən bir neçə hərbi hədəfə zərbələr endirib.
Trend-in məlumatına görə, bu İsrail Müdafiə Qüvvələri açıqlamasında bildirib.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahı, SEPAH Hərbi Hava Qüvvələrinin kəşfiyyat və komandanlıq mərkəzləri və daxili kəşfiyyat xidmətinin qərargahı da daxil olmaqla onlarla hərbi komandanlıq məntəqəsi vurulub.
Bildirilib ki, zərbələr İsrail Müdafiə Qüvvələrinin kəşfiyyatının döyüş əməliyyatlarına rəhbərlik etməkdən məsul şəxsi heyətin olduğunu aşkar etdiyi hədəflərə yönəldilib.
