...

BƏƏ Tehrandakı səfirliyini bağlayır - XİN

Dünya xəbərləri Materials 1 Mart 2026 23:21 (UTC +04:00)
BƏƏ Tehrandakı səfirliyini bağlayır - XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Tehrandakı səfirliyini bağladığını elan etdi.

Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi açıqlama verib.

Nazirlik bildirib ki, ölkə həmçinin İranın BƏƏ ərazisinə raket zərbələrinə cavab olaraq İrandakı səfirini və diplomatik missiyasının bütün üzvlərini geri çağırır.

"Xarici İşlər Nazirliyi təsdiqləyir ki, bu qərar BƏƏ-nin təhlükəsizliyini və suverenliyini təhdid edən istənilən təcavüzə qarşı qətiyyətli və sarsılmaz mövqeyini əks etdirir. Bu, gərginliyin azaldılması səylərini pozan və regionu olduqca təhlükəli bir yola sövq edən, regional və beynəlxalq sülh və sabitliyi, eləcə də enerji təhlükəsizliyini və qlobal iqtisadiyyatın sabitliyini təhdid edən davam edən düşmənçilik və təxribatçı davranışlar fonunda qəbul edilib", - deyə nazirlik bildirib.

Xəbər lenti

Xəbər lenti