...

Son hücumlar nəticəsində İranda ölən və yaralanan şəxslərin sayı açıqlanıb

Siyasət Materials 2 Mart 2026 12:02 (UTC +04:00)
Son hücumlar nəticəsində İranda ölən və yaralanan şəxslərin sayı açıqlanıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İndiyə qədər bəlli olduğuna görə İranda 201 nəfər ölüb və 750 nəfər yaralanıb.

Trend xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, son statistika deyil:

"Buna ötən gün Qandi xəstəxanasına olunan hücumu da əlavə etmək lazımdır".

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti