...

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə son hərbi eskalasiyadan sonrakı vəziyyəti müzakirə edib

Siyasət Materials 2 Mart 2026 11:59 (UTC +04:00)
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə son hərbi eskalasiyadan sonrakı vəziyyəti müzakirə edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı aparılıb.

Xairic İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.

Bildirilib ki, nazirlər son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.

Tərəflər iki ölkənin bölgədə yerləşən diplomatik missiyalarındakı konsulluq bölmələri arasında əməkdaşlığın gücləndirilməsinin, vətəndaşlarımıza göstərilən dəstək istiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağını bildiriblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti