...

İsrail Müdafiə Qüvvələri İranın yüksəkvəzifəli kəşfiyyat rəsmilərinin öldürüldüyünü elan edib

Dünya xəbərləri Materials 2 Mart 2026 14:24 (UTC +04:00)
İsrail Müdafiə Qüvvələri İranın yüksəkvəzifəli kəşfiyyat rəsmilərinin öldürüldüyünü elan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) şənbə günü İrana endirilən ilk zərbələr zamanı İranın bir neçə yüksəkvəzifəli kəşfiyyat rəsmisinin öldürüldüyünü açıqlayıb.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

Onların arasında İranın İsrail məsələləri üzrə kəşfiyyat nazirinin müavini Seyid Yəhya Həmidi də var.

İDF-in məlumatına görə, o, yəhudilərə, Qərbə və “İranda və xaricdə rejim əleyhdarlarına” qarşı hücumları idarə edib.

Bundan əlavə, hərbi qurum bildirir ki, zərbələr nəticəsində İran Kəşfiyyat Nazirliyinin Casusluq İdarəsinin rəhbəri Cavad Pur Hüseyn, eləcə də dünya miqyasında terror fəaliyyətinin təşviqində iştirak etmiş bir neçə digər yüksəkvəzifəli şəxs də öldürülüb.

İDF qeyd edir ki, Kəşfiyyat Nazirliyinin rəhbərliyinin öldürülməsi “rejimin terror hücumlarını həyata keçirmək və İranda rejim əleyhdarlarını hədəfə almaq imkanlarına ciddi zərbə vurub”.

Hərbi qurumun bildirdiyinə görə, bazar günü İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Kəşfiyyat Nazirliyinin qərargahını da bombalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti