Bakı. Trend:
Siyəzən Broyler ASC məşhur Amerika brendinin Azərbaycan üzrə
filiallarının eksklüziv təchizatçısı oldu.
Azərbaycanda qida sənayesi üçün əlamətdar hadisə kimi
qiymətləndirilən "Popeyes" brendinin fəaliyyətə başlaması ilə bağlı
27 fevral tarixində açılış tədbiri keçirilib. Tədbirdə, markanın
ekskluziv təchizat partnyoru kimi "Siyəzən Broyler" ASC-nin rəhbər
heyəti də iştirak edib. Öz fikirlərini səsləndirməsi üçün səhnəyə
dəvət edilən "Siyəzən Broyler ASC"-nin direktoru Cavid Abbasov öz
fikirlərində bu cür bir markanın ölkəmizə gəlməsinin nə dərəcədə
önəmli bir investisiya olduğunu vurğulayıb. Daha sonra o çıxışında
bildirib: "2 marka arasındakı bu əməkdaşlıq iki il əvvəl atılan bir
addımın nəticəsidir. Layihənin başlanğıc mərhələsində müəyyən
çətinliklər və qeyri-müəyyənliklər olsa da, tərəfdaşların
qarşılıqlı etimadı və ortaq vizionu bu prosesi uğurla
tamamladı.
Layihənin ilk mərhələsində tərəfdaşlar tərəfindən verilən dəstək və
öhdəliklər bütün proses boyu öz təsdiqini tapdı. İnam və güvən
prinsipi əsasında qurulan əməkdaşlıq nəticəsində layihə ardıcıl və
sistemli şəkildə inkişaf etdirildi. Bu gün Popeyes-in
Azərbaycandakı ilk restoranının açılışı yalnız yeni bir brendin
bazara daxil olması deyil, həm də yerli istehsal və təchizat
zəncirinin beynəlxalq standartlara uyğunluğunun göstəricisidir.
Layihənin əsas tərəfdaşlarından olan Siyəzən Broyler şirkətinin
seçilməsi təsadüfi deyil. Şirkət 1986-cı ildən fəaliyyət göstərir
və Qafqaz regionunda ən böyük quşçuluq emal müəssisələrindən
biridir. 2018-ci ildən etibarən həyata keçirilən modernizasiya və
iri investisiyalar nəticəsində istehsal prosesləri tam inteqrasiya
olunmuş modelə keçib. Əməkdaşlıq çərçivəsində və eləcə də "Siyəzən
Broyler"-in bütün istehsal prosesində ətraf mühitin qorunması,
təbiətə atılan karbon izi emissiyası və ekoloji tarazlığın
qorunması məsələləri üzrə beynəlxalq standartlara əməl edilməsi
şirkətin əsas prioritetlərindəndir. Şirkətin toyuq əti istehsal
prosesi İSO 9001:2015, İSO 14001:2015, İSO 50001:2018, İSO
27001:2022, İSO 10002:2018 kimi beynəlxalq keyfiyyət
sertifikasiyalarından, həmçinin, İSO 14064-1:2018 Beynəlxalq Karbon
İzi Hesabatı və İSO 14046 Korporativ Su İzi Hesabatı üzrə beynəxlaq
normativlərdən uğurla keçərək Beynəxalq Standartlara layiq istehsal
prosesi olduğunu bir daha sübut etmişdir.
Siyəzən Broyler öz strukturunda inkubasiya mərhələsindən başlayaraq
yem istehsalı, quşçuluq təsərrüfatları, kəsimxana, logistika və
satış şəbəkəsinə qədər bütün istehsal zəncirini birləşdirir. Bu
inteqrasiya olunmuş model yüksək keyfiyyətə nəzarəti və beynəlxalq
standartlara uyğunluğu təmin edir.
Popeyes kimi nüfuzlu Amerika brendinin Azərbaycanda fəaliyyətə
başlaması ölkənin qida sənayesi üçün mühüm inkişaf mərhələsidir.
Belə bir brendin rəsmi təchizatçısı olmaq isə həm böyük şərəf, həm
də ciddi məsuliyyətdir.
Hər gün yüz minlərlə istehlakçıya təqdim olunan məhsulların
keyfiyyəti və təhlükəsizliyi prioritet olaraq qalır. Popeyes-in
yüksək və sərt keyfiyyət standartlarına uyğunlaşmaq üçün bütün
lazımi prosedurlar uğurla həyata keçirilib və audit mərhələləri
müsbət nəticələnib.
Tərəfdaşlıq çərçivəsində əməkdaşlığın gələcəkdə daha da
genişlənməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və fəaliyyətin
davamlı şəkildə inkişaf etdirilməsi planlaşdırılır." Bu fikirlərlə
nitqini sonlandıran Cavid Abbasov bir daha uğur və təbrik
diləklərini çatdırıb.
Qeyd edək ki, "Popeyes" Azərbaycan üzrə restoranlar şəbəkəsində
"Siyəzən Broyler" ASC ilə əməkdaşlıq edir.