...

Azərbaycan "Total Energies" şirkəti ilə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib

İqtisadiyyat Materials 2 Mart 2026 17:48 (UTC +04:00)
Azərbaycan "Total Energies" şirkəti ilə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan "Total Energies" şirkəti ilə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Total Energies" şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, əməliyyatların karbon izinin azaldılması, eləcə də şəbəkənin gücləndirilməsinin növbəti mərhələsi çərçivəsində 35 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti