...

Avropa Komissiyasının sədri Yaxın Şərqdə münaqişənin deeskalasiyasına çağırıb

Dünya xəbərləri Materials 2 Mart 2026 17:51 (UTC +04:00)
Avropa Komissiyasının sədri Yaxın Şərqdə münaqişənin deeskalasiyasına çağırıb
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə vəziyyət qeyri-sabit olaraq qalmaqdadır.

Trend xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen rəsmi “X” səhifəsində bildirib.

“Birincisi, uzun illər əziyyət çəkmiş İran xalqı üçün yenidən ümid yaranıb. Biz onların öz gələcəklərini müəyyənləşdirmək hüququnu qətiyyətlə dəstəkləyirik. İkincisi, vəziyyətin deeskalasiyası və münaqişənin yayılmasının qarşısının alınması üçün mümkün olan hər şeyi etməliyik”, – deyə o bildirib.

Avropa Komissiyasının sədri vurğulayıb ki, regionun sabitliyi birinci dərəcəli önəm kəsb edir və yeganə uzunmüddətli həll yolunun diplomatik yol olduğunu diqqətə çatdırıb.

“Bu isə İran üçün həm nüvə, həm də ballistik proqramların dayandırılmasını, eləcə də regionda sabitliyi pozan fəaliyyətlərə son qoyulmasını əhatə edən keçid dövrü deməkdir”, – fon der Lyayen əlavə edib.

O həmçinin bildirib ki, mövcud vəziyyət Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq və vurğulayıb ki, Avropa son hadisələrin nəticələrinə – enerji və nüvə texnologiyaları məsələlərindən tutmuş miqrasiya və təhlükəsizlik sahələrinədək – hazır olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti