...

Azərbaycanda banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılır

İqtisadiyyat Materials 2 Mart 2026 15:32 (UTC +04:00)
Azərbaycanda banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.

Trend İKZF-yə istinadən xəbər verir ki, vətəndaşların müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq:

Adi ipoteka kreditləri üzrə:
05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən.
Güzəştli ipoteka kreditləri üzrə:
06.03.2026-ci il tarixində saat 11:00-dan etibarən.

Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət” sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək.
Qeyd edilir ki, bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinədək elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.

Qeyd edək ki, ipoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin “Elektron hökumət” portalının və “mygov” platformasının müvafiq bölmələrində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti